Telekanalın baş direktoruna qarşı cinayət işi açılacaq

Telekanalın baş direktoruna qarşı cinayət işi açılacaq

Telekanal əslində olduğundan daha az gəlir əldə edib

Gürcüstanın "Rustavi 2" telekanalının səhmdarlarından biri Nino Nijaradze ölkə Baş prokurorluğuna telekanalının baş direktoru Niki Qvaramiyaya qarşı cinayət işi açılması xahişi ilə şikayət edib.

Sonxeber.az xəbər verir ki, bu barədə məlumatı RİA "Novosti" agentliyi yayıb.

Qeyd edilir ki, Nijaradzenin tələb etdiyi cinayət işi Qvaramiyanın səlahiyyətlərini aşmasına toxunmalıdır.

Nijaradzenin vəkili Georgi Kavlaşvili bildirib ki, telekanalın sənədlərinin öyrənilməsindən sonra "Rustavi 2"nin əslində olduğundan daha az gəlir əldə etdiyi aşkarlanıb.

Hüquqşünasın fikrincə, teleşirkətin iflas prosesi rəhbərliyin qəsdən hərəkətidir.
Daha əvvəl Nijaradze "Rustavi 2"nin baş direktoru Qvaramiyanın gürcü şərabı və Borjomi haqda işlətdiyi təhqiamiz idafələrinə görə istefasını tələb etmişdi.

Mənbə: www.sonxeber.az