Yunan parlamentinin pərdə arxasında tez-tez danışılan adlardan biri də Konstantina Miçotakisdir. Baş nazir Kiriakos Miçotakisin qohumu olan Konstantina siyasətçi deyil, parlamentin 300 yerlik mətbəxinin aşpazıdır.
Orta məktəbi bitirdikdən sonra polis olmaq istəyən Konstantina Miçotakis Birləşmiş Ərəb Əmirliklərində yaşayan pilot atası Yanisin “Sən aşpaz ol” məsləhətinə əməl edərək Fransanın məşhur aşpazlıq məktəbi "Le Mond"da bu peşənin incəliklərini öyrənib. Onun xarici görünüşü isə modelləri xatırladır. Hətta onun Fransadakı məktəbindəki dostlarının ona “model aşpaz” ləqəbini verdiyi də məlumdur. 28 yaşlı şefin parlamentdə işləməsi onun baş nazir Miçotakislə uzaq qohumluğu ilə deyil, çox yaxşı təhsil almış olması ilə əlaqələndirilir.
"Mətbəx çətin işdir" deyən Konstantina, “Saatlarla ayaqda dayanıb çox ağır qabları daşımaq məcburiyyətindəsən. Yüksək temperaturlu bir mühitdə daim tələsməlisən. Aşpazlıq qadınlar üçün kişilərdən daha çətin peşədir" ifadələrini işlədir.
28 yaşlı Konstantina Miçotakis baş nazir Kiriakos Miçotakisin uzaq qohumudur (atası baş nazir Miçotakisin atası ilə ikinci dərəcəlidir əmioğludur.)
Mənbə: publika.az