Salyanda "aftoşluq" 12 yaşlı uşağın ölümünə səbəb oldu

Salyanda "aftoşluq" 12 yaşlı uşağın ölümünə səbəb oldu<span class="qirmizi"></span>

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın cənub bürosunun verddiyi məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Şahidlərin bildirdiyinə görə, hərəkətdə olan “Mercedes“ markalı avtomobillə “VAZ 2107” markalı avtomobil iti sürətlə yarışıb. İdarəetməni itirən "Mercedes"in sürücüsü anasının yanında velosiped sürən 2010-ci il təvəllüdlü Quluzadə Balabəy Mahir oğlunu vurub.
Qəza nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, avtomobil Günəşov Asif Qurban oğluna məxsus olsa da, hadisə zamanı onun sükan arxasında olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media