Bəy və gəlin özlərini yandıraraq evləndi

Bəy və gəlin özlərini yandıraraq evləndi<span class="qirmizi"></span>

ABŞ-da bəy və gəlin qeyri-adi nikah mərasimləri ilə sosial şəbəkələrdə gündəm olublar. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər ikisi 42 yaşında olan Qabe Cessop və Ambir Mişel dünən ABŞ-da ailə və dostlarının iştirakı ilə açıq hava mərasimində evləniblər. Cessop və Mişel mərasimdə əl-ələ gəzərək özlərini yandırıblar.

Qabe Cessop görüntüləri "İnstaqram" səhifəsində paylaşıb. Bəy Cessop bu videonu izləyicilərinə “Bu atəş ömür boyu ürəyimizdə yansın” mesajı ilə təqdim edib.

Həm Cessop, həm də Mişelin peşəsinin kaskadyorluq olduğu öyrənilib. Onlar peşələrinə hörmət olaraq belə maraqlı bir şəkildə evlənməyi seçiblər.

Cütlüyün üzərindəki gəlinlik və bəy kostyumu çəkilişdə istifadə edildiyi kimi yanğından mühafizə olunub.Cütlüyün bu maraqlı toy videosunu sosial şəbəkədə 3 milyona yaxın insan izləyib.

Mənbə: sia.az