Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb<span class="qirmizi"></span>

Bakı. Trend:

Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb.

Trend-in sualını cavablandırarkən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib ki, növbəti Ümrə ziyarəti may ayının 23-nə planlaşdırılıb.

Onun sözlərinə görə, hazırda Ümrə ziyarətinə getmək üçün 36 nəfər müraciət edib. Sənədlərin toplanması davam edir.

Mənbə: az.trend.az