11 yaşlı Sadiq leykozdan yerimə qabiliyyətini itirdi - FOTO

11 yaşlı Sadiq leykozdan yerimə qabiliyyətini itirdi - FOTO<span class="qirmizi"></span>

11 yaşlı Sadiqin sizin köməyinizə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, bu barədə onun anası Əhmədzadə Zabitə məlumat verib.

O bildirib ki, oğlu 3 ildir kəskin leykozdan əziyyət çəkir və artıq yerimə qabiliyyətini itirib:

“Hazırda övladımın yeriyə bilməsi üçün bizə özəl klinikaların birində ümid verilib. Qeyd edilib ki, “carrierbike” cihazı onun ayağa qalxmasına kömək olacaq. Bu cihaz isə 5 min manatadır. Uzun müddətdir bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi olaraq gücümüz qalmayıb”.

Mənbə: www.oxu.az