Bu ölkədə təhsil dayandırıldı, uçuşlara fasilə verildi

Bu ölkədə təhsil dayandırıldı, uçuşlara fasilə verildi <span class="qirmizi"></span>

İraqın paytaxtı Bağdadda və ölkənin digər şəhərlərində səhər saatlarında güclü qum fırtınası başlayıb.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, şiddətli qum fırtınası səbəbi ilə məktəblər 1 günlük bağlanıb.

Fırtına nəticəsində boğulma keçirən bəzi insanlar xəstəxanaya yerləşdiriliblər.

Bağdad Beynəlxalq Aeroportundan və Nəcəf Aeroportundan bu günə olan uçuşlar dayandırılıb.

Aysel Quliyeva

 

 

Mənbə: sonxeber.az