“Taliban” ər-arvadın birlikdə restorana getməsini qadağan edir

Herat vilayətindəki mənbələrə görə, “Taliban” əyalətin restoranlarında gender seqreqasiyası, yəni cinsi ayrı-seçkilik planını həyata keçirib. Belə ki, kişilərə restoranlarda ailə üzvləri ilə birlikdə yemək yeməyə icazə verilmir.

Fəzilətin Təşviqi və Əxlaqsızlığın Arındırılması Nazirliyinin Heratdakı rəsmisi Riazullah Sirat deyib ki, ər-arvad olsalar belə, restoran sahiblərinə qaydanın tətbiq olunduğu şifahi şəkildə xatırladılıb.

Adının açıqlanmasını istəməyən qadının sözlərinə görə, ötən gün Herat restoranının meneceri ona və ərinə ayrı-ayrılıqda əyləşməli olduqlarını bildirib.

R.Sirat, həmçinin nazirliyin qadınlar və kişilər üçün Heratın ictimai parklarına giriş təyin etdiyini də xatırladıb: “Qadınlar cümə axşamı, cümə və şənbə günləri parklara gedə bilər. Digər günlər kişilər üçün istirahət və idman üçün nəzərdə tutulub”.

Laçın

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

"Bütün dünya düşünürdü ki, Ukrayna qalib olacaq"

SONRAKI XƏBƏR

İsveç və Finlandiya 33 nəfəri Türkiyəyə ekstradisiyadan imtina edib