Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır

Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır<span class="qirmizi"></span>

Hindistanın şimalında anomal istilər müşahidə olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, Dehlidə havanın temperaturu Selsi şkalası üzrə 49,2 dərəcəyə çatıb. Bunun mart ayından sonra ölkədə 5-ci isti hava dalğası olduğu bildirilir.

Son günlərdə xüsusilə də Himaçal Pradeş, Haryana, Uttaraxand, Pəncab və Bihar əyalətlərində havanın temperaturunun artdığı müşahidə edilib. Hindistanın hidrometerologiya departamenti bəzi bölkələrdə temperaturun 2-4 dərəcə düşə biləcəyini, lakin ümumən ölkədə kəskin isti havaların davam edəcəyini açıqlayıb. Ölkə rəsmiləri bir sıra bölgələrdə temperatur yüksəlməyə davam edəcəyindən insanları tədbirli davranmağa çağırıblar.

Milli.Az

Mənbə: news.milli.az