Aviabiletlər niyə ucuzlaşmır? - Video


Son vaxtlar qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gedib-gəlmək olduqca baha başa gəlir. Quru sərhədlərin bağlı olması, uçuş məhdudiyyətləri və sair bunun əsas səbəblərindəndir.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hava nəqliyyatı ilə sərnişin daşıma qiymətləri ötən ay ilə müqayisədə yüksəlib. Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hər il yaz aylarından başlayaraq qiymətlərdə bahalaşma müşahidə edilir. Səbəb xaricdə və ölkəmizdə təhsil alan tələbələrin gəliş-gedişi, eyni zamanda turist axınıdır.

Ekspert deyir ki, xüsusilə Türkiyə və əks istiqamətdə bilet qiymətləri 20-30 faiz arasında bahalaşıb. Bahalaşma eyni zamanda Gürcüstan istiqamətində də müşahidə edilir.

Ekspertin sözlərinə görə, əgər rusiya ilə uçuş məhdudiyyəti qaldırılsa, bu zaman qiymətlərdə enmə müşahidə ediləcək. Digər istiqamətlərdə isə hələlik qiymət ucuzlaşması gözlənilmir.
Ətraflı videosujetdə:

 

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

SONRAKI XƏBƏR

Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır