Anadangəlmə iflic olan 9 yaşlı qızın pensiyası kəsilib - VİDEO

Anadangəlmə iflic olan 9 yaşlı qızın pensiyası kəsilib - <span class="qirmizi">VİDEO</span>

Anadangəlmə iflic olan 9 yaşlı qızın pensiyası kəsilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV məlumat hazırlayıb.

Belə ki, Qubanın Bağbanlı kənd sakinləri olan 9 yaşlı Bəyimxanım və Süsən Əhmədova anadangəlmə iflicdirlər.

Daha əvvəl əkiz qızlardan birinin - Bəyimxanım pensiyası kəsildiyindən qızların anası Arzu Manafova Baku TV-yə üz tutmuşdu. 2021-ci il, iyul ayının 4-ü pensiyası kəsilmiş və məsələnin Baku TV tərəfindən işıqlandırılması nəticəsində onun pensiyası həmin ilin noyabr ayının 15-də bərpa olunub. Hazırda isə bacılardan digərinin - Süsən Əhmədovanın pensiyası kəsilib.

Daha ətraflı sujetdə:

Mənbə: www.oxu.az