Pakistanda 2000-dən çox insan çirklənmiş sudan vəbaya yoluxdu - Təmiz su tapılmır

Pakistanda 2000-dən çox insan çirklənmiş sudan vəbaya yoluxdu - Təmiz su tapılmır<span class="qirmizi"></span>

Pakistanın mərkəzi hissəsində minlərlə insan çirklənmiş içməli sudan ölümcül vəba epidemiyasına yoluxub.

Ednews “CNN”-ə istinadən xəbər verir ki, bunun səbəbi ölkənin Cənubi Asiyada ağır isti dalğası ilə daha da şiddətlənən su böhranı ilə mübarizə aparmasıdır.

Pakistan və Hindistanın bəzi bölgələrində havanın temperaturu son həftələrdə rekord həddə çatıb və iqlim böhranının təsirləri subkontinentdə hiss olunduğundan milyonlarla insanın həyatını riskə atıb.

İlk vəbaya yoluxanlar aprelin 17-də Bəlucistan əyalətinin ucqar dağlıq şəhəri olan Pir Kohda aşkarlanıb. O vaxtdan bəri 2000-dən çox insan bu xəstəliyə yoluxub və 6 nəfər ölüb.

Məlumata görə, Pir Koh sakinləri təmiz, içməli suya çıxışlarının olmadığını bildirib.Yerli sakin Həsən Buqti bu il yağışın olmamasının yaxınlıqdakı gölməçələrin qurumasına səbəb olduğunu və yeganə su mənbəyinin paslanmış və su təchizatını çirkləndirmiş boru kəməri olduğunu bildirib.

“Sakinlər çirkli su içməyə məcburdurlar”,-o deyib.

Pakistanın Baş naziri Şehbaz Şərif Pir Kohda vəba epidemiyasının qarşısını almaq üçün təcili yardım tədbirləri əmri verib və hərbçiləri əhalini təmiz içməli su ilə təmin etmək üçün səyyar su çənləri gətirməyə və xəstələrin müalicəsi üçün tibbi düşərgələr qurmağa səfərbər edib.

Qeyd edək ki, vəba hər il dünyada minlərlə insanın ölümünə səbəb olan kəskin ishal xəstəliyidir. Əsasən “Vibrio cholerae” adlı nəcis bakteriyaları ilə çirklənmiş qida və ya sudan asanlıqla ötürülür. Temperaturun yüksəlməsi vəba kimi təhlükəli patogenlərin yayılmasına təkan verir.

Mənbə: ednews.net