ÜST-dən xəbərdarlıq: "Mariupolda vəba yayıla bilər"

ÜST-dən xəbərdarlıq: "Mariupolda vəba yayıla bilər"<span class="qirmizi"></span>

 

Ukraynanın Mariupol şəhərində vəba epidemiyasının yayılması mümkündür. Burada su çatışmazlığı və keyfiyyəti ilə bağlı problemlər var. AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukraynadakı insidentlər üzrə meneceri doktor Dorit Nitsana keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, indi işğal olunmuş ərazilər, xüsusən də Mariupol təhlükə altındadır.

- Qeyri-hökumət təşkilatlarından məlumatlar alırıq ki, Mariupolda kanalizasiya suları içməli suya qarışıb. Bu, bir çox xəstəliklərin, xüsusən də vəbanın yayılmasına şərait yaradır. Biz buna hazırlaşırıq, peyvəndlər hazırlayırıq, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Hansılar ki, ora səyahət edə və insanlara dəstək ola biləcəklər, - Nitsana deyib.

Mariupolda ruslar su təchizatını qismən bərpa ediblər. Lakin boruların əhəmiyyətli dərəcədə və tez-tez zədələnməsi səbəbindən içməli suya kanalizasiyadan çirkab suları sızır.
Tural Tağıyev
 

 

Mənbə: azvision.az