Ruslara görə canlı efirdə əlbəyaxa dava - VİDEO

Ruslara görə canlı efirdə əlbəyaxa dava - <span class="qirmizi">VİDEO</span>

İtaliyada tok-şoulardan birində rus mədəniyyətinə qoyulan qadağa davaya səbəb olub.

"Unikal" xəbər verir ki, hadisə Tgcom24 telekanalında "Mauritsio Costanzo Show" televiziya proqramında qeydə alınıb. Belə ki, hadisə şounun ekspertləri - jurnalist Giampiero Muqini və tənqidçi Vittorio Zqarbi arasında rus sənətçilərinin Qərbdə işləməsinə qoyulan qadağanın müzakirəsi zamanı baş verib.

Tənqidçi Zqarbi bu qadağanın qanunsuz və ədalətsiz olduğunu deyib. O, dirijorun, müğənninin və ya idmançının vətəndaşlığa görə İtaliyaya buraxılmaması faktını “faşizmin bir forması” adlandırıb: “Əgər... rusiyalı idmançıya icazə vermirlərsə, deməli bu, Qərb tərəfindən faşizmin bir formasıdır. Bu qəbuledilməzdir!"

Tənqidçinin fikrincə, öz ləyaqəti olan, sənəti sevən insanlar sona qədər və hər zaman müdafiə olunmalıdır və sənəti cəzalandırmağın özü yolverilməzdir.

Öz növbəsində, jurnalist Muqini isə hesab edir ki, sənətçilər Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlara qarşı çıxış etməlidirlər və yalnız siyasi mövqe bildirdikdən sonra səhnəyə çıxa bilərlər.

Zqarbinin qəzəbinə səbəb olan bu fikirlərlə bağlı o, rəqibinə “faşist” və “kretin” sözləri ilə müraciət edib, bundan sonra studiyada dava düşüb və şounun təşkilatçıları reklam fasiləsinə ayrılmalı olublar.

Ramil Zeynallı

 

 

Mənbə: www.unikal.org