Azərbaycan kulinariyası ilə bağlı yeni strategiya hazırlanır

Azərbaycan kulinariyası ilə bağlı yeni strategiya hazırlanır<span class="qirmizi"></span>

"Azərbaycanın kulinariya sahəsində nəzərdə tutulan yeni strategiya sənədlərinin hazırlanmasına başlanılıb".

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova "Report"un sualına cavab olaraq bildirib ki, qısa müddətdə həmin sənədlər hazır olacaq.

Onun sözlərinə görə, yeni strategiyada kulinariya sahəsinin əsas prioritetləri müəyyənləşəcək: "Məqsədimiz Azərbaycanın qeyri-maddi mədəni irsini dünyaya tanıtmaq və təbliğ etməkdir".

Mənbə: report.az