Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO<span class="qirmizi"></span>

 

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərin Bərdə rayonu 866-cı qəsəbədə çəkildiyi bildirilir. Şikayətçi iddia edir ki, itləri öldürməyi icra başçısı göstəriş verib, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.

Onlar polisə müraciət etdiklərini, çox kobud cavab aldıqlarını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı rayon polis şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı videonu təqdim edirik:

 

Dursun Tağıyeva

Mənbə: www.oxu.az