Azərbaycanda internet vasitəsilə narkotik satanlar üçün həbs müddəti müəyyənləşib

Azərbaycanda internet vasitəsilə narkotik satanlar üçün həbs müddəti müəyyənləşib<span class="qirmizi"></span>

Azərbaycanda internet vasitəsilə narkotik satanları 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Mənbə: report.az