Kim Çen Inin qeyri-adi görüntüsü - İlk dəfə

Kim Çen Inin qeyri-adi görüntüsü - İlk dəfə<span class="qirmizi"></span>

 

Pandemiyanın başladığı gündən indiyədək ölkədə virusun yayılmadığını iddia edən Şimali Koreya lideri Kim Çen In COVID-19-la bağlı keçirdiyi təcili toplantıda siqaret çəkib.

Teleqraf.com xəbər verir ki, Kim toplantıda ölkədə pandemiyaya qarşı səmərəsiz tədbirlərdən şikayətlənib.

COVID-19 böhranının müzakirə edildiyi təcili toplantıda Kimin müzakirələr zamanı siqaret çəkməsi fotolarda əks olunub.

Uzun müddət cəmi bir nəfərin COVID-19-a yoluxduğunu bildirən Şimali Koreyada yoluxma sayının 1 milyon 720 min nəfərə çatdığı, 62 nəfərin öldüyü deyilib.

Mayın 13-də ölkədə 6 nəfərin bu səbəbdən öldüyü açıqlanıb. Bu şəxslərdən yalnız birinin ölümünə COVID-19-un “Omicron” variantının səbəb olduğu rəsmən bildirilib.

Səhiyyə sisteminin o qədər də yaxşı olmadığı və insanların COVID-19-a qarşı peyvənd edilmədiyi Şimali Koreyada pandemiya humanitar böhrana səbəb ola bilər.

Şimali Koreya aşağı və orta gəlirli ölkələr üçün peyvəndlərə çıxışı təmin edən Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı çərçivəsində edilən milyonlarla doza təklifini rədd edib.

Mənbə: teleqraf.com