Rəşad Dağlı nəyə görə üzr istəyib? - Özü hər şeyi açıqladı - VİDEO

Rəşad Dağlı nəyə görə üzr istəyib? - Özü hər şeyi açıqladı - <span class="qirmizi">VİDEO</span>

"Mən təhlükəsizliyin təmin olunduğu ölkənin vətəndaşıyam. Burada məni heç kim heç nəyə məcbur edə bilməz".

AZXEBER.COM xəbər verir ki, bu sözləri meyxanaçı Rəşad Dağlı üzr videosuna münasibət bildirərkən deyib. 

O, könüllü olaraq açıqlama verdiyini və dostlarından üzrxahlıq etdiyini qeyd edib:

"Mən məlum hadisələrlə əlaqədar açıqlama vermişdim, meyxana meydanında baş verən uğursuz qafiyənin nəticəsində bir söz-söhbət yaranmışdı. Onunla bağlı açıqlama vermişdim. Həmin videogörüntüdən bəzi insanlarda belə bir təsəvvür yaranıb ki, mən hansısa bir idarədə və ya hansısa bir yerdə hədə-qorxu, təhdid altında açıqlama vermişəm. Bildirmək istəyirəm ki, bu, əsla belə deyil. Mən elə bir təhlükəsizliyin təmin olunduğu ölkənin vətəndaşıyam ki, burada məni heç kim heç nəyə məcbur edə bilməz. Mən sadəcə könüllü, ürəyim istəyib, açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qalxsın. Anlayışla qarşıladığınıza görə hər birinizə minnətdaram".

Aydın Nuri

Mənbə: azxeber.com