Əlişir Usmanov 30 illik həyat yoldaşından boşanır

Özbək əsilli 68 yaşlı rusiyalı milyarder Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə milli komandasının 73 yaşlı baş məşqçisi İrina Viner-Usmanovayla boşanır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 30 ildir rəsmi nikahda olan cütlüyün məhkəmə prosesi iyunun 7-də Moskvada baş tutacaq. Onların hansı səbəbdən boşandığı isə hələlik məlum deyil.

Qeyd edək ki, Rusiyanın ən zəngin adamları siyahısında yer alan Əlişir Usmanovun 11,5 milyard dollar (təxminən 19 milyard 550 milyon manat) sərvəti var.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Müəmmalı hepatit hallarının sayı artır

SONRAKI XƏBƏR

Azərbaycanda dollar almaq əngəli -