Tovuzda tonlarla yun həyətlərdə qalıb - VİDEO

 

Tovuzda yun istehsalı ilə məşğul olan sahibkarlar çətinliklə üzləşiblər. Onlar məhsulu çox ucuz qiymətə satdıqlarından gileylənirlər. Deyirlər ki, yunun bir kiloqramını 20-50 qəpik arasında sata bilirlər. Bu isə onlara sərf etmir.

Mövcud vəziyyət ucbatından Tovuzda tonlarla yun həyətlərdə qalıb.

Təsərrüfat sahibləri deyirlər ki, yun istehsalı üçün sərf etdikləri vəsaiti geri qaytara bilmirlər. Qoyun qırxımı may ayında həyata keçirilir. Bir xırdabuynuzlu heyvandan təxminən iki-üç kiloqramadək yun götürmək olur.

Təsərrüfat sahibləri yun qəbulu məntəqələrinin yaradılmasını istəyirlər. Hesab edirlər ki, belə məntəqələr fəaliyyətə başlasa, bu sahəyə maraq artar.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Sertifikatlaşdırmanın müsahibə mərhələsində ballar necə hesablanır?

SONRAKI XƏBƏR

Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşdü