Çıxışı ilə diqqət mərkəzinə düşdü: “Çalışacaqsan, ya da ov olacaqsan!” - VİDEO

Çıxışı ilə diqqət mərkəzinə düşdü: “Çalışacaqsan, ya da ov olacaqsan!” - VİDEO<span class="qirmizi"></span>

10-12 yaşlı uşaq gələcək karyerası ilə bağlı çox təsirli çıxışı ilə sosial mediada diqqət çəkib.

“Ölkə.Az” həmin yeniyetmə həyatda istəyinə nail olmağın yollarını belə ifadə edir: “İcazə ver bir şey deyim. Sən ya əziyyət çəkib çalışacaqsan, yaxud tənbəllik edib çalışmayacaqsan. Mən qardaşımla hər gün bura gəlib çalışırıq ki, nəyəsə nail olaq. Bu, asan başa gəlmir. Ancaq həyatda nəyəsə nail olmaq üçün çalışmalısan. Ya okeanda “akula” olacaqsa, ya da okeanda kiçi ov olacaqsan. Biz indi “akula” olmaq üçün əziyyət çəkirik. Bütün çətinlikləri aşmaq üçün... Bunun üçün güclü olamaq lazımdır. Güc, əzələ... Hər hansı zəiflik göstərib, geriyə çəkilmək olmaz. Bu sənin həyat prinsipin olmalıdır. Sən bura gəlməlisən və istəyinə çatmaq üçün öyrənməlisən.

Birdən fikirləşərsən ki, yox bu, belə deyil, alınmır. Yox! Yox! Hərəkət et! Çalış irəliyə, yuxarı qalxmaq, zirvələri fəth etmək üçün səy göstər. Sonda mütləq alınacaq. Əziyyətin mükafatı mütləq olacaq!”.

Mənbə: olke.az