Şəhid evi niyə sökülür? - AÇIQLAMA

Şəhid evi niyə sökülür? - AÇIQLAMA<span class="qirmizi"></span>

 

Tovuz rayonunda şəhid ailəsinə məxsus evin söküldüyü iddia olunur.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, Vətən müharibəsi şəhidi Emin Nəzərovun həyat yoldaşı Aysel Nəzərovanın tikmək istədiyi fərdi yaşayış evin söküldüyü deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Salyan rayonundan olan Vətən müharibəsi şəhidi Emin Nəzərovun həyat yoldaşı Aysel Nəzərova bir müddət əvvəl anadan olduğu Tovuz rayonunun Alakol kəndinə qayıdıb:

“O, kənd orta məktəbinin həyətində qanunsuz olaraq fərdi yaşayış evi tikmək istəyib. Məsələ ilə bağlı A.Nəzərova ilə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dəfələrlə profilaktiki söhbət aparılıb. Bildirilib ki, torpaqlarımızın bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.

Lakin təhsil müəssisəsinin həyətində yaşayış evinin tikilməsinin qanunsuz olduğu diqqətinə çatdırılıb, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunub”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az