Valideyn danlağına görə evdən qaçan yeniyetmə tapıldı

 

 

Balakən rayonunda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

O qeyd edib ki, Ehtiram Nəbiyev polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon ərazisində tapılıb və ailəsinə təhvil verilib.

Qeyd edək ki, yeniyetmə dərslərini yaxşı oxumadığı üçün valideynləri tərəfindən danlanıb. Nəticədə o, bu addımı atıb.

İlhamə Əbülfət

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Şəhid evi niyə sökülür? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Xaricdə məsuliyyətdən yayındı, DTX həbs etdi