FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi yoxlama tədbirləri keçirib

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi yoxlama tədbirləri keçirib<span class="qirmizi"></span>

 

Bakı, 20 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi növbəti yoxlama tədbirləri həyata keçirib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin müvafiq əmrinə uyğun olaraq, qurumun Tibb Xidmətinin fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi, döyüş və peşə hazırlığının vəziyyəti, xidmətin təşkili, şəxsi heyətin nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir hazırlığı üzrə bilik səviyyələri, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji sahədə görülmüş işlər, xəstələrin müayinəsi və müalicəsi işlərinin yerinə yetirilməsi üzrə yoxlama tədbirləri həyata keçirilib.

Yoxlama zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasına dair tövsiyələr verilib və lazımi metodiki kömək göstərilib.

Mənbə: azertag.az