Almaniyada baha benzinə görə fermer işə atla gedir

Almaniyada baha benzinə görə fermer işə atla gedir<span class="qirmizi"></span>

Almaniyanın Şupbax şəhərində fermer və at sürmə üzrə təlimatçı Stefani Kirşner avtomobilindən imtina edib. O, benzinə qənaət etmək üçün işə at arabası ilə gedir. AzVision.az "The Washington Post"a istinadən xəbər verir ki, fermer pula qənaet etmək məqsədilə belə etdiyini deyib:
"Belə çox davam edə bilməzdi. Bilirəm ki, zamanla ot və hər şeyin də qiyməti qalxacaq. Ona görə də bir az pula qənaet etmək qərarına gəldim".

Məqalədə qeyd edilir ki, indi Kirşner evdən işə gedən yolda adi on dəqiqə əvəzinə bir saat sərf edir, lakin bu, ona ayda 250 avroya qədər qənaət etməyə imkan verəcək.


 

Mənbə: azvision.az