Qobudakı “Daşlı yamac üstü”: İbtidai insanın məskəni, mağara, ya sitayiş yeri?

Qobu kəndinin sirli yerlərindən biri də məhz “Daşlı yamac üstü” adlanan ərazidə yerləşir.

Burada Tunc dövrünə aid qayaaltı mağara var. Arxeoloqlar iddia edirlər ki, bura min illər əvvəl insanların yaşayış məskəni olub.

“Global Photo Stock”un əməkdaşı sözügedən ərazidən fotoreportaj hazırlayıb.

Qayaların üzərində müxtəlif oymalar, işarələr olduğu fotolardan da aydın görünür. Həmin işarələrin Tunc dövrünə aid olduğu ehtimal edilir.

Ərazidə böyük qaya daşı var ki, altında gizli mağara mövcuddur. O dövrün insanları buradan sığınacaq kimi istifadə edib. İçərisində geniş boşluq olan mağaranın ətrafında qədim insanların fəaliyyətini bildirən izlərə rast gəlinib.

Girişdə oyulmuş qaya üzərində cızıqlı çənlərə rast gəlmək mümkündür.

Ərazidə sitayiş yerlərini xatırladan oymalar və daşlardan düzəldilən çalalar da var. Abidənin üç-beş min il yaşı olduğu ehtimal edilir. Lakin abidə kimi qorunub-qorunmadığı məlum deyil.

Həmin fotoları təqdim edirik:

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Alça 10, gilas 20 manat... - Yerli məhsulların qiyməti niyə düşmür?

SONRAKI XƏBƏR

Daha bir yüksək rütbəli rus zabit öldürülüb - VİDEO