DİM admini abituriyentə elə cavab verdi ki... - FOTO

DİM admini abituriyentə elə cavab verdi ki... - FOTO<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Yenicag.az xəbər verir ki, imtahandan sonra mərkəzin “Facebook” səhifəsindəki paylaşımların altına müxtəlif rəylər yazılıb.

DİM səhifəsinin idarəediciləri verilən sualları cavablasalar da, bəzən hövsələdən çıxdıqları an da olub.

Məsələn, Nigar Hüseynquluyeva adlı istifadəçi imtahan suallarının çətinliyindən şikayət edib. DİM-in istifadəçiyə cavabı məntiqli olub:

“Sizin suallara cavab verə bilməməyiniz onların çətin olması anlamına gəlmir”.

www.yenicag.az

Mənbə: yenicag.az