SSRİ- nin sonuncu rəhbəri necə yaşayır?

SSRİ- nin sonuncu rəhbəri necə yaşayır?<span class="qirmizi"></span>

"İmperiya geri dönür...

O, cəmiyyətə təlqin etdiklərinin tamamilə iflasa uğramasının faciəsini yaşamaqdadır"

 

"Qorbaçov çox çətin hərəkət edir, hətta kreslodan qalxmaq üçün onun köməyə ehtiyacı var..."

 

"O, Yeltsin barədə çox neqativ fikirdədir, deyir ki, Yeltsin ona kabinetindən şəxsi əşyalarını belə çıxarmağa imkan verməyib, istefasının ertəsi günü onun masası arxasında qələbəsini qeyd edib..."

 

Sənədli filmlər rejissoru, prodüser və ictimai xadim, ArtDokFest festivalının prezidenti, filmləri hər gün azad mədəniyyət Forumunda göstərilən Vitali Manski Təl-Əvivin "Qeşer" teatrında "Qorbaçov. Cənnət" sənədli filmini təqdim edib.

 

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.

 

Film 2020- ci ildə, Sov.İKP MK- nın baş katibinin 89 yaşı olanda işıq üzü görüb.

 

Bu, Manskinin onunla ikinci kinosöhbətidir.

20 il əvvəl o, "Qorbaçov imperiyadan sonra" adlı film çəkib.

 

Fimin nümayişindən sonra rejissor səhnədə gecənin aparıcısı Lika Dluqaça müsahibə verib və tamaşaçıların suallarını cavablandırıb.

 

- Nədən Siz yenidən 20 il əvvəlki qəhrəmanınıza dönmək qərarına gəldiniz?

 

- Çünki imperiya geri dönür. Onun cəmiyyətə təlqin etməyə cəhd etdiyi hər şeyin tamailə iflasa uğramasınadək yaşamasını nəzərə alaraq, onun şəxsiyyətinin yeni dramaturgiyası baş verib.

 

Hətta 2020- ci ildə filmi çəkəndə bu dramaturgiya məni özünə cəlb edib və həyacanlandırıb. Bu gün, 2022- ci ildə isə imperiya ambisiyalarının nəinki sadəcə geriyə dönməyini, həm də ətrafda olan hər şeyi məhv etdiyini, özləri naminə müharibə törətdiklərini nəzərə alsaq, bu gün bu dramaturgiya daha faciəli, münaqişəli və göstəricidir.

 

- Qorbaçovla baş verənlər haqqında danışmaq Sizin üçün maraqlı olubmu?

 

- Qorbaçovla danışmaq həmişə maraqlıdır, hərçənd, mən şəxsən indi onunla söhbət etməyə çəkinirəm, onu öz həyat yolunu belə notlarla, belə dəhşətlə bitirməməsinə olan son ümidlərini darmadağın etməyi vicdanım qəbul etmir, - Manski cavab verib.

 

Mixail Sergeyeviç çətin hərəkət edir, hətta kreslodan qalxmaq üçün köməyə ehtiyacı var, amma ağlı aydın olaraq qalır.

 

Rejissorla söhbətində Qorbaçov SSRİ- də hakimiyyət zirvəsinə yüksəliş məqamlarını xatırladıb və ideya cəhətdən sosialist qaldığını söyləyib. Yeltsin haqqında çox neqativ fikirdədir. Xatırlayıb ki, istefa verdikdən sonra onlar razılaşıb ki, kabinetindən şəxsi əşyalarını götürməyə imkanı olacaq. Amma səhər tezdən Qorbaçova məruzə edilib ki, onun masası arxasında Yeltsin və silahdaşları "qələbəni qeyd edirlər". Qorbaçov deyib ki, Yeltsin yarım vedrə araq içə bilərdi. O, onu həyasız hesab edir, etiraf edib ki, onu sürgün edə bilərdi, mərkəzdən uzaqlaşdıra bilərdi, beləliklə, öz opponentindən yaxa qurtara bilərdi, lakin bunun üçün imkanları və motivləri olmasına rəğmən, bunları etmək istəməyib.

 

İlk baxışdan bu gün Rusiyada Putin soyadlı adamın rəhbər olmasında Qorbaçovun günahı, birbaşa məsuliyyəti yoxdur...Hərçənd, bəlkə də var? O, 1991- ci ildə vəzifədən gedib, Putin 2000- ci ildə gəlib, çox asanlıqla daha 9 il hakimiyyətini davam etdirə, təbliğ etdiyi demokratik prinsipləri nədəsə poza bilərdi. O zaman nə Yeltsin olardı, nə də, təbii ki, Putin, nə deyim, bir Allah bilir, - Manski deyib.

 

Bütün dialoq zamanı kadrlarda Putin görünür: gah onun çıxışı müxtəlif otaqlarda yayımlanır, gah da o, xalqı Yeni il münasibətilə təbrik edir...

 

Qorbaçov deyib ki, onun Putinlə yolları çoxdan ayrılıb və Putin üç dəfə Qorbaçovla əvvəlcədən təyin olunan görüşlərə gəlməyib.

 

Qorbaçov söhbətə açıqdır, ən xoşagəlməz hallarda, məsələn, nərdivandan enə bilməyəndə, eşitmə aparatını itirəndə belə çəkiliş aparmağa imkan verib...

Amma əvvəlcə Qorbaçov çəkilmək istəməyib, onu yola gətirmək lazım gəlib.

 

"O, yoluxdurucu dərəcədə azaddır", - Manski qeyd edib. Hətta hər hansı suala cavab vermək istəməyəndə, bundan usanmır. Onlar ümumilikdə 80 saata yaxın söhbət edib. Ünsiyyət kəsilib və çəkiliş dövrü təxminən bir il çəkib.

 

Çəkilişlər Qorbaçova ömürlük ayrılan, amma onun mülkü olmayan evdə, Moskvadakı Qorbaçov Fondunda, 1999- cu ildə vəfat edən həyat yoldaşı Raisa Maksimovnanın Novodeviçye qəbiristanlığındakı məzarı önündə, şəxsi katibinin mənzilində, Qorbaçovun 2020- ci ili qarşıladığı evdə aparılıb.

 

Filmdə Qorbaçovdan savahyı daha bir qəhrəman da var. Onun yaşadığı ev böyük və boşdur, təmizdir, bir qədər rəsmi görkəmdədir, doğma deyil. Pəncərədən bayırda soyuq hava hökm sürür və qar görünür, bir də sakitlikdə parket üzərində gəzən pişik gözə dəyir...

 

- Filmin çəkilişindən öncə mən çalışıram onu özüm xəyalımda təsəvvür edəm. Əgər məni qane edirsə, xəyallarımda gördüklərim mənə düzgün gəlirsə, mən onu öz komandamla müzakirə edirəm...

 

Mən anlayırdım ki, filmin qəhrəmanlarından biri ev olmalıdır. Evdən kənarda bu film belə hava ilə, belə enerji ilə, belə boşluqla dola bilməzdi, - rejissor deyib. - O azan pişiyi isə Qorbaçov özü tapıb. Qəribədir, bura hökumət ərazisidir, burada ağcaqanad belə uça bilməz, amma pişik itə bilər. Və o, evdə yaşayıb...

 

Çəkilişin sonunda maşın pişiyi əzib. Heç kim də özündə güc tapıb bunu Qorbaçova deyə bilməyib. O, hələ bilmir ki, pişiyi tələf olub...

Mənbə: moderator.az