Küveytdə 8 iranlı dənizçi saxlanıldı

Küveytdə 8 iranlı dənizçi saxlanıldı<span class="qirmizi"></span>

Küveyt təhlükəsizlik qüvvələri ölkənin ərazi sularında dizel qaçaqmalçılığı ilə məşğul olan 8 iranlı dənizçini yaxalayıb.

"Unikal" xəbər verir ki,Küveytin “Əl-Kabes” qəzetinin məlumatına görə, sahil mühafizə qruplarının Küveytin ərazi sularında 240 ton dizellə dolu gəmini ələ keçirdiyi, göyərtəsində olan 8 iranlı dənizçinin nəzarətə alındığı bildirilib.

Bildirilir ki, əsir götürülən iranlı dənizçilər qonşu Körfəz ölkələrindən birinə satmaq üçün Küveytdən dizel qaçaqmalçılığı keçirdiklərini etiraf ediblər və onlar prokurorluğa müraciət ediblər.

Mənbə: www.unikal.org