“İt ölümü” üzərində siyasi kampaniya quran Qərb mərkəzləri

“İt ölümü” üzərində siyasi kampaniya quran Qərb mərkəzləri<span class="qirmizi"></span>

NED və "Soros şəbəkəsi" Bakıda yaxın günlərdə keçiriləcək beynəlxalq tədbirləri gözdən salmaq üçün aktiv iş aparırlar.

Sosial şəbəkələrin Azərbaycan seqmentində sahibsiz itlərin öldürüldüyünü ehtiva edən materiallar paylaşılır. Son günlər intensivləşən bu paylaşımların xüsusi bir kampaniya xarakteri daşıdığı diqqət çəkir. Əslində, bənzər kampaniyalar əvvəllər də olub. Amma indiki kampaniyanı əvvəlkilərdən fərqləndirən nüanslar ortaya çıxır: Məsələn, öncəki illərdə vurğu daha çox Bakı və Sumqayıt şəhərlərinin üzərində qoyulurdusa, bu dəfə siyahıya Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb bölgələri də əlavə edilib. Hədəfə gətirilən şəhərlərdin biri Gəncədir.

Gəncə Şəhər İcra Hakimiyyəti media qurumlarına verdiyi açıqlamalarda "itlərin öldürülməsi üçün rəsmi qərar verilməsi" barədə deyilənləri təkzib edib. Buna rəğmən, sosial şəbəkələrdə kampaniya davam etdirilib. Zaqatala şəhərindən eyni məzmunlu mənzərələr göstərməklə, kampaniyanın gücləndirilməsinə təşəbbüs göstərilib.

Mövzunu heyvansevərlərin sıradan bir aksiyası kimi dəyərləndirib üzərindən keçmək də olardı . Amma, hər zaman Qərbdən yönləndirilən anti-Azərbaycan kampaniyaların ruporu rolunu icra etmiş KİV qurumlarının bu kampaniyada da aktiv görünmələri şübhə yaradır.

( https://www.turan.az/cache/2022/Social/free/news-2022-2-free-Social-az-1412.htm)

Bu şübhəni artıran daha bir məqam var. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin açıqlamasında "məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edildiyi" vurğulanır (https://qafqazinfo.az/news/detail/itlerin-kutlevi-sekilde-oldurulmesi-ile-bagli-resmi-aciqlama-video-352134  ). Ehtimal etmək olar ki, heyvanlara xəsarət yetirilməsi  xüsusi bir təxribat əməlinin nəticəsi  olub və məsələ bu kontekstdə də  araşdırılmalıdır. Yəni, "Azərbaycanda küçə itləri öldürülür" kampaniyasını təsirləndirmək, bu yöndə "sübutlar" toplamaq üçün  itlər bu kampaniyanı təşkil edənlərin özləri tərəfindən də öldürülə bilər.

Geopolitik oyunlarda alət edilən "küçə itləri"

Qərbdən gələn sifarişlərin icraçısı kimi tanınan KİV qurumları sosial şəbəkələrdə aparılan "it ölümü" kampaniyasına ciddi dəstək verirlər, sinxron hərəkətlilik nümayiş etdirirlər. Eynən, 2012 və 2015-ci illərdə olduğu kimi davranır, ölkə gündəmi üçün qeyri-adi görünən mövzuları qabardırlar. Tarixi təcrübə göstərir ki, belə davranışlar təsadüfi xarakter daşımır.

Məsələn, 2015 ci ildə sosial medianın Azərbaycan seqmentində "Bakıda Məişət Tullantıları zavodunda küçə itlərinin yandırıldığını" göstərən bir video paylaşıldı. Ümumdünya Heyvanları Müdafiə Təşkilatının "operativ bəyanatı" təşkil edildi. Bəyanatda Azərbaycanı "bu qəddarlığa son qoymağa" çağırdılar. Heyvanların qorunması üzrə müvafiq Avropa Konvensiyasını imzalamış bir ölkə kimi, Azərbaycana xatırladıldı ki, "küçə heyvanlarına qarşı hüquq prinsipləri əsasında davransın".

Bakıda müvafiq qurumların təkzibedici açıqlamalar verməsinə, göstərilən videolarda şübhəli məqamların olduğunu isbat edən mütəxəssis rəylərinin səsləndirilməsinə baxmayaraq, sakitlik yaranmadı. Kampaniya təşkilatçıları indi olduğu kimi, 2015-ci ildə də təbliğatı dərinləşdirdilər, "küçə itlərinin yandırılması" ilə bağlı "çoxsaylı reportajlar" hazırladılar və yaydılar. Sonda bəlli oldu ki, hədəf "küçə itlərini öldürənlər" deyil, hədəf "Bakı 2015 - Avropa Oyunları"dır. Bakı oyunlarını gözdən salmaq üçün sifariş gəlibmiş, "küçə itləri" də bi sifarişi icra etmək üçün bəhanə alət yerində lazım imiş. Ortadakı əlaqə aydın görünürdü. Belə ki, "öldürülmüş itlərə qəm tutan" kampaniya iştirakçıları birdən -birə kursu dəyişdilər, "tezislərində, şüarlarında" yeniliklər etdilər, Avropa Oyunlarını boykot etmək çağırışları səsləndirdilər: "Minlərlə məsum heyvanın qanını axıdaraq bu tədbirə hazırlıq görürlər, Bakıya gəlməyin" deməklə, prosesin haradan qaynaqlandığına aid ipucu verdilər.

Həmin dövrdə bəzi transmilli KİV qurumlarının aktivliyi, kampaniyaya verdikləri dəstək isə mənzərəni tam şəkildə aydınlaşdırdı. Azərbaycandan heyvanların hüquqlarının müdafiəçisi kimi təqdim edilən bir şəxslə aparılan müsahibə bu tezislə bitirdi: "Mən idmançı olsaydım, günahsız itlərin, pişiklərin qanıyla boyanmış küçələrdə keçirilən Olimpiadaya gəlməkdən imtina edərdim"

https://www.bbc.com/azeri/azerbaijan/2015/03/150306_street_dogs_baku

Mesaj çox aydın idi: "Bakı 2015-Avropa Oyunları"nın iştirakçılarına xitab edib, "Olimpiadanı boykot edin, Bakıya gəlməyin" deyirdilər. Bu çağırış Bakı oyunlarını pozmaq istəyən, idman yarışından siyasi dividentlər götürmək iddiasında olan beynəlxalq güc mərkəzlərinin hərəkətləri ilə həmahəng idi.

Əslində, "Bakı 2015- Avropa Oyunları"na sayılı günlər qalmış keçirilən bu kampaniyanın ilk məşqi 2012 ci ildə aparılmışdı. "Avroviziya" Mahnı Müsabiqəsinin Bakıda keçirildiyi ərəfədə güya küçələrin heyvanlardan təmizlənməsi işinin vüsət alması haqqında məlumatlar paylaşılmışdı.

https://www.independent.co.uk/news/world/video-reveals-appalling-dog-cull-as-azerbaijan-clears-streets-ahead-of-european-games-10090330.html

2012-ci ildə də turistlərə, müsabiqə təşkilatçılarına müraciət edərək, "Bakıya gəlməyin" deyilmişdi.

Təcrübə göstərir ki, "küçə itləri" üzərində indi, 2022-ci ildə başladılan yeni kampaniya da təsadüfi xarakter daşımır. Burada da gepolitik oyunların, siyasi maraqların simptomları görünür. "Transxəzər", "Bir kəmər, bir yol" kimi beynəlxalq nəqliyyat dəhlizlərinin realaşdırılması üzrə proqramlara baxsaq görərik ki, bu proqramlarda bütövlükdə Azərbaycan, eyni zamanda, xüsusilə iki şəhər- Gəncə və Zaqatala -mühüm rola malikdirlər. Bu məqama söykənib demək olar ki, 2012, 2015-ci illərdə sınaqdan çıxarılmış "küçə itləri kampaniyasın"ın 2022-ci ildə Bakı ilə yanaşı Gəncə və Zaqatalanı da əhatə etməsinin önəmli səbəbləri vardır. Qeyd edilən layihələri pozmaq, Azərbaycanı bu layihələrdən çəkindirmək istəyən güclər "it ölümü" aksiyasından təzyiq vasitəsi kimi faydalanırlar.

Nə üçün məhz "küçə itləri"?

Modern trendlərə, qlobal çağırışlara diqqət yetirsək görərik ki, heyvanların rifahı, heyvan hüquqları, vəhşi təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, bioresurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi kimi amillər davamlı inkişafın əsas şərtlərindən biri kimi qəbul edilir.

Rəsmi qanunlar, konvensiyalar müstəvisində əks edilməklə yanaşı, ekoloji məsələlər, bioloji müxtəlifliyin qorunması mövzusu bəzən dini-ideoloji müstəviyə də qaldırılır. Məsələn, 1981-ci ildə İtaliyada ictimai fəal Milly Manzoli təşkilat təsis edir. OİPA adlanan bu təşkilat təsis olunduğu ilk zamanlarda kilsədən insan haqları ilə yanaşı, heyvan haqlarının da müdafiəçisi olmasını tələb edirdi. Məhkəmə çəkişmələrində keçən 20 ildən sonra Manzoli və onun təşkilatı əlahiddə hüquq əldə etdi: bu hüquqa əsasən, o, intibah dövrünün məşhur əsərlərindən birini heyvan haqqlarının müdafiəsi naminə montaj edə bilərdi. Bu qərardan istifadə edən OİPA 2008 ci ildə Leonardo da Vinçinin "İsa Məsihin Sonuncu Şam Yeməyi" Freskasını seçir. Şam yeməyi zamanı İsa Məsih 12 apostollundan birinin ona xəyanət edəcəyini bildirmişdi. OİPA-nın sifarişinə əssən, İtaliyanın REMEMBER + MILAN agentliyi Leonardo Da Vinçinin "Son Şam yeməyi" freskasını yenidən çəkir və orada itlərin təsvirini verir. Montaj edilmiş tabloda apostollar, hətta, İsa Məsihin özü də it başında təsvir edilirlər (Şəkil-1-aşağıda). Təkcə xəyanətkar İuda öz təsvirində qalırdı. Tablo üzərində aparılan əməliyyatın ideyası bu idi ki, İsa Məsihə və apostollara xəyanət edən şəxs-İuda- bu gün itləri hədəf seçən, onları öldürən şəxslə eynidir...

Bu cür ideyaları, fəaliyyət və kampaniyaları ilə məşhurlaşan OİPA 2010 cu ildən sonra Avropa Kommisiyasının "Avropa maraqlarının təmsilçiləri riyestri"ndə yer tutdu, beynəlxalq təşkilatlarda öz mövqelərini möhkəmləndirdi. Yəni, Qərb məkanında "küçə itləri" və sahibsiz heyvanlara qarşı münasibət bu fondadır.

Azərbaycan biomüxtəlifliyin qorunmasını, bioresurslardan səmərəli istifadəni ehtiva edən sənədləri imzalayıb, bu yöndə konvensiyaların icra edilməsində aktiv rol oynayır. 2003-cü ildə heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulan ölkəmiz, 2007-ci ildə konvensiyanı ratifikasiya edib. 2011-ci ildə "Heyvanların saxlanılması qaydaları haqqında" qanunu qəbul edib. Paralel olaraq, Azərbaycan YUNESKO-nun "Heyvan Hüquqlarının Ümumdünya Bəyannaməsi"nə qoşulub. Konvensiya sahibsiz, vəhşi heyvanların quruda, havada və suda, bir sözlə, təbii mühitdə yaşamaq və çoxalmaq hüquqlarını tanıyır. "Heyvanlar Aləmi haqqında" Azərbaycan Respublikasının qanununun 53-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onları şikəst və yaxud tələf etmək hüquqi məsuliyyət yaradır. Əlavə olaraq, Azərbaycanlı düşüncəsində heyvanın xüsusi zərurət olmadan öldürülməsi günah sayılır. Yəni, canlı varlıq olan bu aləmə qayğı göstərilməsinin dini-mental əsasları var. Bir sözlə, bütün mədəni ölkələrdə olduğu kimi, Azərbaycanda da heyvanların, vəhşi təbiətin, biomüxtəlifliyin qorunması, bioresurslardan səmərəli istifadə edilməsi üzrə xüsusi qərarlar, proqramlar icra edilir.

Amma, "ekologiyanın müdafiəsi" kimi humanist bir anlayış da son illərdə siyasi qarşıdurmaların, geopolitik oyunların mühüm alətinə çevrilib, ayrı-ayrı ölkələrə qarşı təzyiq mexanizmi kimi istifadə olunur. Siyasi işbazlar, qlobal maxinatorlar, güc mərkəzləri beynəlxalq ictimaiyyətin həssaslıqla yanaşdığı bu mövzunu istismar edir, öz maraqları üçün xərcləyirlər.

Azərbaycanda "sahibsiz itlərin öldürülmsi" ilə bağlı kampaniyaların intervalına baxsaq, görərik ki, onlar sistemli şəkildə deyil, xüsusi hallarda keçirilirlər. Ölkəmiz üçün ən həssas məqamlarda ortaya çıxırlar. Yuxarıda 2012 və 2015-ci illərdə keçirilmiş aksiyalardan nümunələr verdik. Prosesi izləyəndə aydın olur ki, "Bakı 2015- Avropa Oyunları"ndan sonra yoxa çıxan bu aksiyalar bir də iki ildən sonra bərpa edilib. Niyə 2016-da deyil, məhz 2017-də bərpa edilib? Çünki, 2017 ci ildən başlayaraq Bakıda "Formula-1" yarışlarının keçirilməsinə başlanılıb və ölkəmizə gələn turistlərin sayı sürətlə artıb. Aydın şəkildə görünür ki, "itlərin öldürülməsi" ilə bağlı kampaniyalar da məhz yarışların başladığı günlərə təsadüf edir. "Formula-1" yarışlarını izləmək üçün Bakıya gəlmək istəyən turistlərə təsir göstərmək, onlarda və həmçinin, ümumilikdə beynəlxalq ictimai rəydə Azərbaycanın neqativ obrazını yaratmaq məqsədi daşıyır.

https://globalvoices.org/2019/04/26/cultural-heritage-and-stray-dogs-under-siege-in-bakus-formula-1-rerun/ ,
https://www.essentiallysports.com/baku-comes-under-fire-for-inhuman-activities-ahead-of-f1-gp/
https://www.eurogroupforanimals.org/news/help-stop-killing-stray-dogs-azerbaijan ).

2022 ci ilin "Formula-1" yarışmaları ərəfəsində də eyni hal müşahidə edilir. Bir məsələ var ki, 2022-ci ildə Bakı təkcə "Formula-1" yarışlarına deyil, həm də, digər 2 çox mühüm qlobal tədbirə ev sahibliyi edəcək. Sırada həm də "Texnofest-2022" festivalı, " Bakı Qlobal Forumu" kimi möhtəşəm tədbirlər var. Bu baxımdan əks-kampaniya müəllifləri də daha ciddi şəkildə hazırlaşıblar, bütün resurslarını hərəkətə gətiriblər, daha böyük kampaniyalar planlayıblar.

Kampaniyaların açılışını "Soros şəbəkəsi" edib, NED şəbəkəsi davam etdirir. "Soros şəbəkəsi" -nə daxil olan OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) bu ilin əvvəlindən etibarən Azərbaycan əleyhinə yeni qlobal qarayaxma kampaniyasına start verib. "BP Turned a 'Blind Eye' to Corruption in Prize Azerbaijan Gas Project" başlıqlı məqalə dərc edib.

Məqalədə Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsini icra edən Azərbaycan şirkətlərinin fəaliyyətindən bəhs olunur. Məqalədə diqqət çəkən ilginc məqamlardan biri də budur ki, Cənub Qaz Dəhlizi layihəsi şərçivəsində gerçəkləşdirilən "Şahdəniz-2" proqramının podratçı şirkəti "Azərbaycanda sahibsiz itlərin öldürülməsində" günahlandırılır.

İddia edilir ki, Britaniyanın Azərbaycandakı neft şirkəti sahibsiz itlərin öldürülməsi üçün podratçı şirkətə pul ödəyib. Burada "BP Azərbaycan"nın "Bos Shelf" şirkətinin adı keçir.

Guya ki, " BP Azərbaycan" "Bos Shelf" ilə müqavilə imzalayaraq, sahibsiz itlərin hər birinin öldürülməsi üçün ödəniş edib.

Kampaniya uğurlu alınsın deyə, "Soros şəbəkəsi" OCCRP ilə yanaşı, prosesə digər təşkilatları da cəlb edib. Məsələn yuxarıda OİPA-nın adını çəkib, barəsində məlumat vermişdik. O da indi qlobal oyunçuların əlində bir alətə çevrilib. OİPA BMT-nin İqtisadi və Sosial Şurası ECOSOC və BMT Ətraf Mühit Assambleyasında akkreditasiya olunandan, beynəlxalq status əldə edəndən sonra siyasi qruplarla əməkdaşlıq edir. OİPA 2019 cu ildən başlayaraq "Formula-1" öncəsi heyvanların haqqları uğrunda mübarizə adı altında Azərbaycan əleyhinə qara təbliğatın ruporuna çevrilir

https://www.oipa.org/international/stray-dogs-in-azerbaijan-have-no-right-to-life/
https://www.oipa.org/international/azerbaijan-toplan-dogs-killing-centre/

İlginc məqamlardan biri də budur ki, OİPA başqa ölkələrdə heyvan haqqlarını müdafiə etdiyi halda, Azərbaycandakı təmsilçiliyi insan haqqlarını da mövzuya qatır.

https://www.facebook.com/OIPAAzerbaijan/ https://www.oipa.org/international/azerbaijan-animal-human-rights-trampled/

Turistlərə xəbərdarlıq edir ki, onların heyvanları aeraportda öldürülə bilərlər.

https://www.oipa.org/international/two-stray-dogs-killed-baku-airport/

Son kampaniyalarda diqqət çəkən məqamlardan biri də NED (National Endowment for Democracy) şəbəkəsinin aktiv iştirakıdır. Qondarma "hüquq-müdafiəçi"lərinin fəallaşmaları həm də NED-in Azərbaycanla bağlı elan etdiyi yeni qrant layihələri ilə eyni vaxta təsadüf edir. Bu layihələr əsasında ölkədə xaricdən idarə olunacaq yeni şəbəkə qurmaq istiqamətində ciddi iş gedir. NED-in Azərbaycan üçün 2022 ci il üzrə ayırdığı təsdiqlənmiş qrantın ümumi məbləği 970, 235 dollar təşkil edir. Bu məbləğin 398,837 min dolları Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib. Fond 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarda may ayında "təcili qrantların maliyyələşdirilməsi" ilə bağlı bənd var. NED-in verdiyi elandan da bəlli olur ki, təcili qrantların ayrılması mayın 25-nə qədər olan dövrü əhatə edir. Nəzərə alsaq ki, "Texnofest-2022" festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək, onda NED şəbəkəsinin qərarının təsadüfdən ortaya çıxmadığını görə bilərik. Həmin təcili qrant layihəsini icra edən şəbəkə Azərbaycanda həm insan, həm də heyvan hüquqlarının kobud şəkildə pozulduğu görüntüsü yaratmağa cəhd göstərirlər.

Bakıda "Texnofest-2022" festivalı, "Formula-1" yarışıması, " Bakı Qlobal Forumu" kimi möhtəşəm beynəlxalq tədbirlərin start götürdüyü ərəfədə "heyvan və insan haqları fəallarının" fəallaşmaları, ən xırda insidentlərə görə bəyanatlar vermələri təsadüfi deyil. Beynəlxalq tədbirlərin keçiriləcəyi günlərdə təşkil olunacaq kampaniyalar üçün fakt-əsaslar formalaşdırılır.

Yeganə Hacıyeva
Müşfiq Ələsgərli

Mənbə: news.milli.az