Səudiyyə Ərəbistanının “Flyadeal” aviaşirkəti ölkə tarixində ilk dəfə bütün qadınlardan ibarət uçuş həyata keçirib.
Axar.az xəbər verir ki, aviaşirkətdən məlumat verilib.
“Flyadeal” üzvlərinin əksəriyyəti Səudiyyə Ərəbistanı vətəndaşı olan qadınlardan ibarət ilk uçuşunu həyata keçirdi. Bu, Səudiyyə Ərəbistanı tarixində bir ilkdir”, - məlumatda qeyd olunub.
Şirkət qadınlardan ibarət heyətin fotosunu Tvitter səhifəsində yayımlayıb.