Ermənipərəst alimin heykəli gülüş hədəfinə çevrildi – “Xankəndində oturub, “Bayraktar”ı seyr edən Saxarov”

 

Xəbər verdiyimiz kimi, Moskvanın “Muzeon” parkından yoxa çıxan rusiyalı ermənipərəst alim Andrey Saxarovun heykəli Xankəndində peyda olub.

Bizim.Media xəbər verir ki, bu gün açılışı baş tutan heykəlin forması sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.



Belə ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabından yazdığı statusda Saxarovun abidəsinə maraqlı ad tapıb:

“Saxarov Xankəndi səmasında uçan “Bayraktar”ı seyr edir”.

Qeyd edək ki, dünən Rusiya mətbuatında Andrey Saxarovun heykəlinin yoxa çıxması ilə bağlı xəbərlər yayılıb. Bu gün isə sülhməramlıların və qondarma rejim “rəsmi”lərinin iştirakı ilə Xankəndində həmin heykəlin açılış mərasimi baş tutub.

Məlumat üçün bildirək ki, Nobel mükafatı laureatı olan Andrey Saxarov özünün “beyin mərkəzi” adlandırdığı erməni həyat yoldaşı Yelena-Əlixanyan Bonnerin təsiri ilə Qarabağ münaqişəsində ermənilərin tərəfini tutması, azərbaycanlıların isə haqqını tapdalaması ilə yadda qalıb.

Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Lukaşenko Soçiyə getdi: Putinlə görüş...

SONRAKI XƏBƏR

Ginnesin rekordlar kitabına düşən EKSPRESS KUPON