Xəzərin qurudulması barədə Stalinin iddialı planı: Təbiətə və iqlimə qarşı qəsd baş tutmayıb

Xəzərin qurudulması barədə Stalinin iddialı planı: Təbiətə və iqlimə qarşı qəsd baş tutmayıb<span class="qirmizi"></span>

Məlum olduğu kimi, böyük Volqa çayı Xəzər dənizinə tökülür. Onun xəritədən hələ sovet dövründən silinə biləcəyindən xəbəriniz varmı? Xəzərin qurudulması layihəsini 1952- ci ildə İosif Stalin düşünüb...

 

Moderator.az xəbər verir ki, bu barədə "Rambler" nəşri yazıb.

 

Xəzərin fəthi

 

Sovet hakimiyyəti hər zaman genişmiqyaslı layihələrə meyl edib. Bu layihələrə, məsələn, Qazaxıstanda və Orta Asiyada kənd tədərrüfatını inkişaf etdirmək məqsədilə Sibir çaylarının axın istiqamətinin dəyişdirilməsini misal göstərmək olar. Lakin Xəzər dənizinin qurudulması daha böyük miqyaslı layihə olub.

 

Xəzərdə neft çıxarılması hələ XIX əsrdə, Rusiya imperiyası dövründə başlayıb. Daha çox "qara qızıl" əldə etmək üçün Bakı rayonu ətrafında Bibiheybət buxtasını doldurmaq lazım gəlib. Ötən əsrin əvvəllərində Xəzərin qurudulması barədə düşünülüb.

 

1906- cı ildə hətta ən yaxşı layihə üçün müsabiqə də elan edilib. 1909- 1912- ci illərdə qoruyucu daş bənd tikilib və məhdud sahə doldurulub. Bu işlər vətəndaş müharibəsi illərində dayandırılıb, lakin Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra yenidən bərpa edilib.1927- ci ildə 300 hektar sahə doldurulub.

 

Stalinin cəsarətli planı

 

1949- cu ildə sahildən 40 km aralıda SSRİ- də ilk dəfə açıq dənizdə neft quyusu qazılıb. Polad dirəklərdə Neft Daşları şəhəri salınması planlaşdırılıb. Lakin bəlli olub ki, çoxkilometrli estakadaların quraşdırılması çox baha başa gələcək, həm də onları yalnız dayaz yerdə qurmaq mümkündür. O zaman Xəzər dənizi Sovet İttifaqında yeganə neft çıxarılan "nöqtə" olub, Qərbi Sibir yataqları hələ kəşf edilməyib. Ona görə də məsələ neft hasilatının necə intensivləşdirməkdə olub. 1952- ci ildə beləcə nəhəng layihə üzə çıxıb.

 

Xəzər dənizini tamamilə qurutmaq planlaşdırılıb. Volqanın suları Şimali Qazaxıstana tərəf, Terek çayi Kalmıkiya çöllərinə axacaqmıç, Kür çayı isə büsbütün gölməçəyə çevriləcəkmiş.

 

Baş tutmayan layihələr

 

Bu tarixçəni 1952- ci ildə Daxili İşlər Nazirinin müavini olan və Volqa- Don kanalının tikintisinə kuratorluq edən İvan Serov özünün " Çemodandan qeydlər"ində təsvir edib. Stalin Serova iki həftə ərzində Xəzər dənizinin qurudulması barədə təklifləri və hesablamaları hazırlamağı tapşırıb. Lakin layihə gerçəkləşməyib. Müzakirə mərhələsində aydın olub ki, çayların kənarlaşdırılması üçün kanallar tikmək lazımdır və buna 4- 5 il zaman, 10 milyard rubl tələb olunacaq.

 

Kür çayının gölməçəyə çevrilməsi zamanı bəndin tikilməsi də çox baha başa gələcək və münbit torpaqları su basacaq.

 

Həm də Xəzər dənizinin tamamilə qurudulması mümkün deyil, çünki o, atmosfer yağıntıları ilə dolacaq. Dəniz suyunu intensiv olaraq çəkib çıxarmaq üçün mövcud texnologiyalarla 16- 17 il lazım gələcək, hidroloqlar bu qənaətə gəlib.

 

Onları dinləyəndən sonra rəhbər deyib: "Deyəsən, buna dəyməz".

 

Bu layihə tez unudulub, yalnız 90- cı illərdə, aşkarlıq dövründə yenidən üzə çıxıb. Bu barədə keçmiş SSRİ Neft Sənayesi Naziri Nikolay Baybakov ötəri yada salıb.

 

Başqa bir layihə barədə daha çox danışılıb, bunu Stalinin ölümündən sonra, 1954- cü ildə Malenkov və Xruşşov düşünüb- şimal çaylarının Xəzər dənizinə Şimali Qazaxıstanın quraq torpaqlarının irriqasiyası üçün dönüşünü həyata keçirmək. Xoşbəxtlikdən, burada da ağıllı adamlar tapılıb və onlar təbiətin və iqlimin dəyişdirilməsi üzrə belə "cəsarətli" planların həyata keçirilməsinə imkan verməyib. Əks halda bunlar acınacaqlı nəticələrə səbəb ola bilərdi.

Mənbə: moderator.az