Türkiyədə müalicə olunan qazi qayıtdı - VİDEO

Türkiyədə müalicə olunan qazi qayıtdı - VİDEO<span class="qirmizi"></span>

44 günlük Vətən müahribəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazı, Goraboy rayonun Borsunlu kənd sakini Elmar Nəsirov 14 aydan sonra Azərbaycana qayıdıb. Elmar Nəsirov bu günə qədər 14 dəfə əməliyyat edilib.

Elmar Nəsirov hava limanından evə getməzdən əvvəl doğma kəndindən olan şəhidlərin məzarlarını ziyarət edib. Ziyarətdə Goranboy rayon İcra Hakimiyyətinin baçısı Məhərrəm Quliyev ,hüquq mühafizə orqanların əməkdaşları və rayon ağsaqqaları qarşılayıb. Daha sonra yaşadığı evə gəlib. Qazi ona göstərilən diqqət qayğıya görə xalqımıza və Ali Baş Komanda öz təşəkkürünü bildirib.

2001-ci il təvəllüdlü Elmar Nəsirov Vətən müharibəsi başlayarkən hərbi xidmətdə olub. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılıb, fədakarlıqla döyüərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Elmar müharibənin 30 günündə Füzuli-Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanıb. Bir müddət ölkəmizdə müalicə aldıqdan sonra 2021 ci illin martında "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib.

Elmar Nəsirov Prezdent İlham Əliyevin sərancamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü ” medalları ilə təltif edilib.

Mənbə: www.realtv.az