Su İdmanı Sarayında direktor dəyişikliyi: Vitse-prezident “Azəripəy”in sabiq rəhbəri ilə əvəzləndi - FOTO

Su İdmanı Sarayında direktor dəyişikliyi: Vitse-prezident “Azəripəy”in sabiq rəhbəri ilə əvəzləndi - FOTO<span class="qirmizi"></span>

 

Bakı Su İdmanı Sarayında direktor dəyişikliyi olub.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Üzgüçülük Federasiyasının da vitse-prezidenti olan Elçin Həsənov işindən çıxarılıb.

Onun yerinə Zaur Yaqubov təyin edilib. Z.Yaqubov bunadək Azərbaycan Sənaye Korporasiyasının balansında olan “ASK Şüşə” MMC-nin direktoru və “Azəripək” MMC-nin (Şəki İpək Kombinatı) İdarə Heyətinin sədri olub. O yaxın günlərdə Bakı Su İdmanı Sarayının kollektivinə təqdim ediləcək.

Qeyd edək ki, Bakı Su İdmanı Sarayı son vaxtlar özünü maliyyələşdirməkdə çətinliklə üzləşib.

Səbuhi Musa

Mənbə: www.oxu.az