Dünyaca məşhur bloqer Kəlbəcərdə quzu bişirdi - VİDEO

 

Qəbələnin Qəmərvan kəndindən olan məşhur “Wilderness Cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanov bu dəfə də ləzzətli təamlarını Kəlbəcərdə ərsəyə gətirib.

Oxu.Az xəbər verir ki, dünyaca məşhur bloqer "Cənnət məkan Kəlbəcərin dağlarında bütöv quzu bişirdim", - başlığı ilə yeni videosunu izləyicilərlə paylaşıb.

Qeyd edək ki, milli mətbəximizi dünyada tanıdan bloqer təbiət qoynunda, qeyri-adi və mənzərəli yerlərdə müxtəlif yeməklər hazırlayır. Onun 3 milyondan çox və demək olar ki, dünyanın hər bir yerindən daimi izləyiciləri var.

Videonu təqdim edirik:

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Prezident Cavid Qurbanovu nazir müavini təyin etdi

SONRAKI XƏBƏR

“Qarabağın taleyi indi Azərbaycanın, bir qədər də Rusiyanın iradəsindən asılıdır” – Tarasov