Zibilə atılan ərzaqla dünyadakı aclar doyardı - VİDEO

Zibilə atılan ərzaqla dünyadakı aclar doyardı - VİDEO<span class="qirmizi"></span>

 

Baku TV-də yayımlanan “Gülnar Muradovanın araşdırması”nın budəfəki buraxılışının mövzusu sürətlə artan aclıq təhlükəsi və qida qıtlığı olub.

Hələ COVID-19 pandemiyasından əvvəl dünyada təxminən 690 milyon insan aclıqdan əziyyət çəkirdi. Üstəlik, son bir ildə bu rəqəm 10 milyon, 5 il ərzində isə 60 milyona yaxın artıb. Ötən il bu rəqəm 750 milyon nəfər təşkil edib ki, bu da planetin demək olar ki, hər onuncu sakinidir. Böyük fəlakətlər, müharibələr, quraqlıq, iqlim dəyişikliyi bu rəqəmin çoxalmasını reallaşdıra bilər.

Ukrayna-Rusiya müharibəsi başlayandan dünyada bir çox ərzaqlara, o cümlədən taxıla olan ehtiyacın qarşılanmasında problemlərin yaranacağı ilə bağlı söhbətlər gəzir. Ukrayna taxıl ixracına görə dünyada 5-ci, günəbaxan yağının ixracına görə isə 3-cü yeri tuturdu.

BMT-nin hesabatlarına görə, bu müharibə dünyada normal qidalana bilməyənlərin sayını daha da artıracaq. Nəzərə alsaq ki, ac qalanların sayı təqribən 44 milyondur, bu rəqəmin artma ehtimalı gözləniləndir.

Mənbə: www.oxu.az