İki uşaq anasının köməyə ehtiyacı var - FOTO

İki uşaq anasının köməyə ehtiyacı var - FOTO<span class="qirmizi"></span>

İki uşaq anası Minarə Əsgərovanın köməyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a qadın özü məlumat verib.

Qeyd edib ki, 2016-cı ildən səhhətində ciddi problemlər yaranıb:

"Oraqşəkilli struktur meningioması" diaqnozu ilə Neyrocərrahiyyə Xəstəxanasında bir ildə iki dəfə əməliyyat olundum. 2018-ci ildə səhhətim yenidən ağırlaşdı.

2019-cu ildə Türkiyənin "Medikal Göztepe Hastanesi"ndə mənə üçüncü dəfə cərrahi müdaxilə edildi.

Artıq altı ildir, ağır xəstəlikdən əziyyət çəkirəm. Beynimdə yaranmış problemlərə görə daim müalicə almaq məcburiyyətindəyəm. Dərmanlarım isə Türkiyədən gəlir və qiymətləri çox bahadır. İki övladım var. Buna görə də dərmanlarımı almaqda çətinlik çəkirəm. İmkanlı şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm".

Minarə Əsgərova qeyd edib ki, o, beynindəki problemin böyüməməsi üçün altı aydan bir müalicə almalıdır. Bir kurs müalicə isə ona 700 manata başa gəlir.

 

 

 

Mənbə: big.az