Bakının mərkəzindəki ippodrom niyə təmir edilmir? - Video

Bakının mərkəzindəki ippodrom niyə təmir edilmir? - Video<span class="qirmizi"></span>

 

Cins atları ilə dünyada məşhur olan Azərbaycanda üç ildir ki, cıdır yarışları keçirilmir.

Bu barədə Teleqraf.com-a idmanın atçılıq növü ilə məşğul olan şəxslər məlumat veriblər.

Qeyd olunur ki, Bakının mərkəzindəki ippodrom hazırda yararsız vəziyyətdədir.

"Üç ay öncə Cıdır mərkəzini təmir etmək üçün texnika gətirdilər. Biz də sevindik ki, beynəlxalq standartlara uyğun ippodrom tikəcəklər. Hər şey əksinə oldu. Cıdır zolagını daha da bərbad günə qoyub getdilər. Son üç aydır orada heç bir təmir işi aparılmır", deyə idmançılar bildirirlər.

Atçılıqla məşğul olanlar kənd təsərrüfatı naziri İnam Kərimov, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Azərbaycan Jokey Klubun rehberi Samir Aslanovə müracət edərək onlardan məsələni nəzarətə götürmələrini xahiş ediblər.

"Ölkə rəhbərliyindən xahiş edirik ki, Bakı Cıdır Meydanını tez bir zamanda təmir etdirib biz atçıların ixtiyarına verəsiniz".

 

Mənbə: teleqraf.com