Harri Kasparov: "Bu gün Rusiya Ukraynada qanlı cinayətkar müharibə aparan faşist diktaturasıdır"

“Bu gün Rusiyada qalan hər kəs müharibəyə görə şəxsən məsuliyyət daşıyır”.

Konkret.az xəbər verir ki, bu, şahmatçı, hazırda siyasətlə məşğul olan, Bakı ermənisi Harri Kasparovun fikirləridir. O, bu barədə jurnalist Timofey Rojanskiyə müsahibəsində deyib.

Harri Kasparovun müsahibəsindən kiçik bir hissəni təqdim edirik:

“Bu gün Putin hakimiyyətinin qondarma prosedurlarında iştirak edən istənilən şəxs onun şərikidir. Bunu hansı məqsədlə etməsindən asılı olmayaraq.

Bu gün Rusiya Ukraynada qanlı cinayətkar müharibə aparan faşist diktaturasıdır. Və bir daha onlar üçün təkrar edirəm, hamısı üçün. Bu gün orada, bu vəzifələrdə olan hər kəs cinayətkar rejimin tərkib hissəsidir. Bəyannaməni imzalamaqdan çəkinməyiniz isə o deməkdir ki, siz nə və kimə desəniz, bu rejimin məqsədini dəstəkləyirsiniz. Bu adamlar bizə deyirlər ki, müharibə gedir deyə rusların rahatlığından danışmaq yersizdir? Xüsusilə ölkədən getmək imkanınız varsa, bu ölkədə necə qala bilərsiniz? Başa düşürəm ki, bəlkə də ucqar yerlərdə kiminsə getməyə imkanı yoxdur. Amma haqqında danışdığımız insanların çoxu gedə bilər!

– Bəs yerindəcə döyüşmək istəsələr?

– Doğru deyil! Bu doğru deyil! Rusiyada nə ilə döyüşürlər? Onlar müharibəni necə dayandırırlar?

– Bir adam, məsələn, vəkil işləyirsə, təkbaşına piketlə çıxanları müdafiə edir? Sonra onları polis bölmələrindən çıxarırlar.

– Hakimiyyətin kimi aradan götürmək istəyirsə, o, heç vaxt həbsxanadan çıxmır, heç vaxt”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Afrika İnkişaf Bankı 1,5 milyard dollarlıq dəstək paketini təsdiqləyib

SONRAKI XƏBƏR

Qərb Ukraynanın taxılını daşımağa çalışır - Mizintsev