"Qarabağdakı ermənilərə yalnız mədəni status veriləcək" - ERMƏNİSTANDAN AÇIQLAMA

Etnik erməni əhalisinin statusu müstəsna olaraq mədəni status olacaq. Ermənistan hakimiyyəti daim Qarabağın statusu ilə bağlı suala cavab verməkdən yayınmağa çalışır. Hakim fraksiya deputatı Arman Yeqoyanın “Qarabağın statusu məsələsi qeyri-müəyyən gələcəyə qalıb” bəyanatı məhz bu məntiqdədir.

Hafta.az bildirir ki, bu fikirləri erməni politoloq Armen Badalyan bildirib.

“Avropa Şurasının prezidenti Çarlz Mişelin dünənki bəyanatının mətnində Qarabağın statusu haqqında çox aydın yazılıb. Orada açıq şəkildə göstərilir ki, Qarabağ yalnız Azərbaycanın tərkibində mədəni muxtariyyət statusuna malik olacaq.

Bəyanatda “Dağlıq Qarabağın əhalisi” ifadəsi yox, “etnik erməni əhalisi” ifadəsi var. Bu o deməkdir ki, etnik erməni əhalinin statusu sırf mədəni status olacaq”, - deyə siyasətçi bildirib.

Hafta.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir ölkədə meymunçiçəyi aşkar edildi

SONRAKI XƏBƏR

ABŞ Maliyyə Nazirliyi Rusiyanın xarici borcunu ödəmək üçün lisenziyanı uzatmaqdan imtina etdi