Gülmirzə Cavadovun ölkədən çıxışına “stop” qoyuldu

Gülmirzə Cavadovun ölkədən çıxışına “stop” qoyuldu<span class="qirmizi"></span>

Keçmiş deputatlığa namizəd Gülmirzə Cavadovun ölkədən çıxışı məhdudlaşıdırılıb.

Bununla bağlı Bakı Kommersiya Məhkəməsində qətnamə çıxarılıb. Hakim Aytən Əliyeva Dövlət Vergi Xidmətinin təqdimatı əsasında aparılan məhkəmə işinə baxıb və tədimat təmin edilib.

Gülmirzə Cavadovun 11 min manat vergi borcu var.

Qeyd edək ki, G.Cavadov 2020-ci ildə Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizəd olub. O, mərhum tibb elmləri doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının keçmiş baş həkimi Fəxrəddin Cavadovun oğludur. F.Cavadov “əməkdar həkim” adına və "Tərəqqi" medalına layiq görülüb. Qafqaz və Orta Asiyada ilk dəfə canlı insandan digərinə qaraciyər transplantasiyası əməliyyatını gerçəkləşdirib.

Mənbə: pravda.az