Uşaqlara qırıq peçenye verilən bağçanın müdiri danışdı: - “Nə vermisiniz, ala bilmirsiniz?”

Uşaqlara qırıq peçenye verilən bağçanın müdiri danışdı: -  <span class="qirmizi"> “Nə vermisiniz, ala bilmirsiniz?”</span>


Şabran şəhər 1 saylı uşaq bağçasında uşaqlara verilən normasından kəsilir.
Bu barədə bağçanın müəllimləri şikayət yayıb. Məlumata görə, uşaqlara ayrılan yeməklərin kəsilməsinə bağçanın direktoru Lalə Qədəşova taşırıq verib. Teref.az xəbər verir ki, bu barədə Cebhe.info-ya sözügedən təhsil ocağından məlumat verilib. Adının çəkilməsini istəməyən bağça əməkdaşı bildirib ki, uzun illərdir ki, bu durum davam edir:
"Adımın açıqlanmasını istəmirəm. Mən artıq qorxuram. Bağçanın direktoru Lalə Qədəşova Təhsil Şöbəsindən dəstək alır. Mən görürəm ki, uşaqların yeməyi hər gün bu vəziyyətdədir. Hər gün yeməklər azaldılır. Lalə xanımın işi bu dəqiqə prokurorluqdadır. Müəllimələr onu prokurorluğa verib. Hələ onun işi bitməyib. Hər kəs onun yeyintisindən, rüşvətindən şikayət edib, ərizə yazıb".
Bağçanın direktoru Lalə Qədəşova isə deyilənləri təkzib edib:
"Səhər yumurta, çörək olub, axşama da sıyıq olub. Müəllim özünə necə sərf edirsə, qırıq peçenyeni çörəyin üstünə qoyub elə də şəkil çəkib. Bu, sadəcə şantajdır. Vallah, bilmirəm, bunun səbəbi nədir. Bax, niyə belə edirsiniz? Mən də işləyirəm də. Nə vermisiniz, ala bilmirsiniz? Bizim normativlərimiz var, ona uyğun gedirik. Emil müəllim (Təhsil şöbəsinin mdiri nəzərədə tutulur-red.) yazıq özü məni çağırıb ki, sən niyə işində mükəmməl olmursan? Mənim Şabranda dostum yoxdur. Başqa şərt, böhtan yoxdur? Başqa şey tapa bilmirlər deməyə? Yaxşı ki, mənim xanım adım üstümdədir. Bir ona şükür edirəm ki, adımın üstünə başqa ad qoya bilmirlər".

Mənbə: teref.az