Hərbi formanı içindən ləkələyənlər - VİDEO

Hərbi formanı içindən ləkələyənlər - VİDEO<span class="qirmizi"></span>

44 günlük savaşda qazanılmış böyük zəfər bizi formalaşdırdı. Azərbaycan gənci sübut etdi ki O forma və məzmunca daha böyük məqsədlərə xidmət edir.

Vətən üçün canından keçmiş qəhrəmanlarımız ailə üzvləri ilə bu formada və bu formada vidalaşmışdı. Müharibədən qayıtmış qazilərin çiyinlərini rütbələrindən çox, onların körpələrinin başı bəzəyir.

Amma zamanla bu forma bəd əməlləri örtmək üçün istifadə olunmağa başladı. Məhz belələrinin ucbatından nitqimizdə saxta qazi söz birləşməsi yarandı. Bu formanın içində özünə, nəfsinə, mənəviyyatına uduzmuşlar, bu formanın çölünə deyil, içinə ləkə salmağa çalışır. Siz heç içindən çirklənən forma görmüsüz? Bax bu insanların geyimləri onların əynində astarından çirklənib.

Qazi adından istifadə edənlərə qarşı hüquqi müstəvidə tədbirlər görülür. Amma görünür ki bu kifayət deyil. Hərbi formaların əlçatanlığı dələduzlar üçün əsl fürsətdir. Üstəlik qanunla müəyyən edilmiş cəzalar da ağır deyil.

Məncə qazinin saxta yaxud, orijinalı olmur. Qazi adının, qazi anlayışının surətini çıxarmaq üçün birinci insanlıq surətini tərk eləməlisən. Çörəyini bu formadan çıxarmaq istəyənlərin mayasının hardan olduğunu mən bilmirəm. Amma əminəm ki, hətta hərbi forma da onların ayıbını örtməyəcək.

 

Mənbə: www.realtv.az