Xəstəlik haqqında şəhadətnamədən narazı - VİDEO

Müdafiə Nazirliyi: E. Əliyev göndəriş alaraq yenidən HHK-ya müraciət etməlidir

Elvin Əliyev Mayis oğlu.1992-ci ildə Astara rayonunda doğulub.Uşaqlıqdan həvəsində olduğu hərb sahəsinə 2020-ci ildə daxil ola bilib və ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb.Elə bu zaman çox keçməyib ki,2-ci Ermənistan-Azərbaycan müharibəsi başlayıb.Füzulinin,Cəbrayılın,Zəngilanın və Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə BMP sürücüsü kimi iştirak edib.Müharibənin ilk günü tankda olan zaman Ermənistan Silahlı Qüvvələrinin atəşinə tuş gəlib.Müəyyən xəstəxanalarda müalicə alaraq döyüşə geri qayıdıb.Noyabrın 2-də yenidən yaralanıb.Minaatan mərmisinin zərbə dalğasına düşən müsahibim müalicə almaq üçün yenidən xəstəxanalara göndərilib.

Bundan sonra hərbi həkim komissiyası müsahibimə sülh dövründə yararsız müharibə dövründə məhdud yararlıdır qərarı verərək ordu sıralarından tərxis olunması ilə bağlı qərar verib.Əlillik təyinatı ilə bağllı müraciət edən Elvinə 3 cü qrup əlillik təyin olunub.Lakin bir əmması var.

Elvinə bu ilin fevralın 4-dən etibarən əlillik təyin olunub.Müsahibimə təqdim edilən şəhadətnamədə onun yaralanma səbəbinin müharibə dövründə deyil,ümumiyyətlə hərbi xidmət dövrü ilə əlaqələndirildiyindən onun əlilliyi də bu cür qiymətləndirilib.Müsahibimin narazılığı da elə budur.Elvinin anası Ulduz xanım deyir ki,oğlumun xəstəliyi müharibə dövründə yaralanması ilə bağlıdır.

Müsahibim veteran adının verilməsi ilə bağlı prezident təqaüdünü alsa da,lakin müharibə əlilləri üçün nəzərdə tutulan prezident təqaüdünü ala bilmir.Səbəb də əlilliyinin hərbi xidmət dövrü ilə bağlı qiymətləndirilməsidir.Bəs indi nə etməli?
Müdafiə Nazirliyinə müraciət etdiyimiz zaman bizə bildirildi ki,artıq Elvinlə əlaqə saxlanılıb.Əgər o HHK yekun qərarından narazıdırsa, qeydiyyatda olduğu rayon üzrə SHXÇDX-nə yaxınlaşaraq göndəriş aldıqdan sonra MN-in HHK tərəfindən yenidən şəhadətnamə ala bilər.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Müğənni Rəqsanə öldü: 3 övladı var idi - FOTO

SONRAKI XƏBƏR

Rusiya bu üstünlüklə irəliləyə bilmədi – Pentaqon