Azərbaycanlı məktəblinin ixtirası sayəsində dəniz və okeanlar daha təmiz OLACAQ

 

Bakıda 11-ci sinif şagirdinin ixtirası sayəsində dəniz və okeanları tullantılardan təmizləmək mümkün olacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, İdrak liseyinin 11-ci sinif şagirdi Emil “Clean Aqua” ixtirasını təqdim edib.

Qeyd edilib ki, sözügedən cihaz suyu içəriyə çəkir, filtr suyu təmizləyir və yenidən dənizə boşaldır. Zibil isə konteynerə yığılır.

Adıçəkilən qurğu bir metr dərinlikdə quraşdırıldığı üçün sudakı canlılara zərər vurmur.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham Əliyev: Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir, Dağlıq Qarabağ münaqişəsini həll etmişik

SONRAKI XƏBƏR

"Oğlum buna görə maşınını satacaq" - Elza Seyidcahan