Finlandiyada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib

Finlandiyada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib<span class="qirmizi"></span>

 

Finlandiyada həkimlər ilk meymunçiçəyi xəstəliyini qeydə alıblar. Bu barədə Helsinki Universiteti Xəstəxanasının (HUS) mütəxəssisləri məlumat veriblər.

“HUS Finlandiyada ilk meymunçiçəyi hadisəsini təsdiqlədi. Xəstə sağalır. Şübhə ilə bağlı çərşənbə günü məlumat vermişdik”, - deyə həkimlər bildiriblər.

Bundan əvvəl Finlandiyada insanda meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə bağlı ilk hal müəyyən edilmişdi. Qeyd olunur ki, ortopoks qrupuna aid virusun törətdiyi infeksiya yetkin kişidə aşkarlanıb. O, Avropaya səyahət edərkən yoluxub. Qeyd olunur ki, evdə müalicə alan xəstənin halı narahatlıq doğurmur.

Mənbə: Lenta.ru

Mənbə: www.oxu.az