İspaniyada meymunçiçəyinə yoluxanların sayı 98 nəfərə çatıb

İspaniya hökuməti krallıqda meymunçiçəyinə yoluxanların sayının 98 nəfərə çatdığını təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl İspaniyada yoluxma sayının 84 olduğu bildirilirdi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi Afrikanın mərkəzində və qərbində rütubətli tropik meşələrin yaxınlığında yerləşən ərazilərdə rast gəlinən nadir virus xəstəliyidir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Meyminçiçəyi xəstəliyinin arxasında Pentaqon dayana bilər" - Rusiya MN

SONRAKI XƏBƏR

Azərbaycanda ən yaşlı seçicinin 122 yaşı var