Ekspert tələbələrin tələbinə dəstək verdi

Ekspert tələbələrin tələbinə dəstək verdi<span class="qirmizi"></span>

Dövlət imtahanı tələbənin bilik və bacarıqlarını tam şəffaf şəkildə yoxlamaq demək deyil. Tələbələr onsuz da hər semestrdə müvafiq imtahanlarla yoxlanılır. Əgər bu müddət ərzində imtahanda biz onların bilik və bacarıqlarını qiymətləndirə bilməmişiksə, qiymətləndirməni sırf dövlət imtahanı ilə aparırıqsa, bu özü böyük yanlışdır.

Bu sözləri Axar.az-a təhsil eksperti Elçin Əfəndi bəzi universitetlərdəki IV kurs tələbələrinin dövlət imtahanının ləğvini istəməsi haqda danışarkən deyib.

Ekspert bildirib ki, tələbələrin tələbini haqlı saymaq olar:

“Nazirlər Kabinetinin son qərarına əsasən, artıq 2022-ci ildən etibarən universitetə qəbul olanlar ümumiyyətlə dövlət imtahanı verməyəcək. Digər tərəfdən, pandemiya müəyyən qədər təhsilə mənfi təsir etdi. Bu baxımdan builki tələbələrə də güzəşt tətbiq edilməlidir”.

E.Əfəndi onu da vurğulayıb ki, dövlət imtahanının olub-olmamasının təhsilin keyfiyyətinə heç bir təsiri yoxdur.

Mənbə: axar.az